“Azəristiliktəchizat”ın sədri vəzifəsindən azad edilib

Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

ƏvvəlkiSalyanda partlayış zamanı xəsarət alanların son durumu açıqlanıb
NövbətiAzərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 218 min 614-dür