Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 218 min 614-dür

Fevralın 7-də Azərbaycanda 59 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, “buster” doza ilə peyvənd olunanların sayı isə 58 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 218 min 614, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 248 min 383, ikinci mərhələ üzrə 4 milyon 752 min 395, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 217 min 836-dır.

Əvvəlki“Azəristiliktəchizat”ın sədri vəzifəsindən azad edilib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 4680 yoluxma faktı qeydə alınıb