“Azəristiliktəchizat”: Bu gündən istiliyin verilməsinə başlanılıb

Bu gündən etibarən istehlakçıların istiliklə təmin edilməsinə başlanılıb.

Bunu “Report”a eksklüziv açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib.

İ.Mirzəliyevin sözlərinə görə, yubanmaya səbəb texniki məsələlər olub:

“Artıq abunəçilərin istiliklə təchiz edilməsi üçün qərar verilib və bu gündən etibarən onların istiliklə təmin edilməsinə başlanıb. Gün ərzində qoşulmalar tamamlanacaq”.

“Azəristiliktəchizat” rəsmisi deyib ki, son 2 ildə abunəçilərin tələbatını ödəmək üçün 5 yeni qazanxana istismara verilib.

Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılır. 2020-2021-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3 870 yaşayış binası, o cümlədən 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1 950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Əvvəlki“Azəriqaz” əsgər ailəsinin evini qazla təchiz etdi
NövbətiMilli Məclisin sədri TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri ilə görüşüb