Azərbaycanla Türkiyə arasında bir sıra sahələrdə əməkdaşlıq müzakirə olunub

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyəyə səfəri çərçivəsində bu ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “X”dəki hesabında yazıb.

Görüş zamanı meşəçilik, su və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

ƏvvəlkiRektor Elçin Babayev “Robotex Azərbaycan”da qalib gələn BDU komandalarının üzvləri ilə görüşüb
NövbətiHakan Fidan ABŞ dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edəcək