Hakan Fidan ABŞ dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edəcək

Martın 7-8-də Vaşinqtonda Türkiyə ilə ABŞ arasında strateji mexanizm toplantısı keçiriləcək.

“Report” xəbər verir ki, iclasda ABŞ dövlət katibi Antoni Blinkenin və Türkiyə xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edəcək.

ABŞ-nin diplomatik mənbələrindən verilən məlumata görə, tərəflər Cənubi Qafqaz, Suriya, Yaxın Şərq, həmçinin Ukraynadakı durumu müzakirə edəcəklər.

Bundan başqa, iclasda ikitərəfli əməkdaşlıq, həmçinin terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq.

ƏvvəlkiAzərbaycanla Türkiyə arasında bir sıra sahələrdə əməkdaşlıq müzakirə olunub
NövbətiAzad edilən rayonlarda ötən il minalardan təmizlənən ərazilərin həcmi açıqlanıb