Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun binası ciddi dağıntılara məruz qalıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Xarkov şəhərindəki fəxri konsulluğun binasının vurulması ilə bağlı məlumat yayıb.

AZƏRTAC XİN-ə istinadən xəbər verir ki, məlumatda Azərbaycanın fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binasının ciddi dağıntılara məruz qaldığı bildirilir. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

“Fəxri konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər”, – məlumatda qeyd olunur.

ƏvvəlkiTrek velosipedi üzrə mövsümün açılış yarışı keçirilib
NövbətiAzərbaycanı “Avroviziya-2022”də təmsil edəcək mahnı seçilib