Azərbaycanın Baş Naziri EBRD-nin təşkil etdiyi sammitə qatılıb

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda Şərq Tərəfdaşlığı sammiti işə başlayıb.

“Report”un əldə etdiyi məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) baş ofisində təşkil edilən sammit Şərq Tərəfdaşlığı təşəbbüslərinin 10 illiyinə həsr olunub.

Gürcüstan, Belarus, Ermənistan, Moldova və Ukraynanın rəsmi şəxslərinin qatıldığı tədbirdə Azərbaycanı Baş Nazir Əli Əsədov təmsil edir. O, EBRD-nin baş iqtisadçısı Beata Yavorcikin (Beata Javorcik) moderatorluq etdiyi “Şərq Tərəfdaşlığı Liderlərinin plenar sessiyası”nda “İnkişafı sürətləndirmək: investorlar üçün imkanlar” mövzusunda çıxış edəcək.

ƏvvəlkiAzərbaycan sərmayadarları Rusiyada lokal istehsalın yaradılmasına investisiya qoyurlar
NövbətiOdessa aeroportunda bütün reyslər ləğv edilib