Azərbaycanda koronaviruslu xəstələr üçün daha 12 xəstəxana ayrılıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronaviruslu xəstələrin müalicəsi ilə bağlı Azərbaycanda xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən yeni tibb müəssisələrinin siyahısını açıqlayıb.

“Report” siyahını təqdim edir:

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
1 saylı Kliniki Tibbi Mərkəz
Azərsu Tikinti Xəstəxanası
Göyçay Rayon Mərkəzi Xəstəxanası
Salyan Rayon Mərkəzi Xəstəxanası
Xızı Rayon Mərkəzi Xəstəxanası
Qusar Rayon Mərkəzi Xəstəxanası
Ucar Rayon Mərkəzi Xəstəxanası
Saatlı Rayon Mərkəzi Xəstəxanası
Zərdab Rayon Mərkəzi Xəstəxanası
Gəncə Dəmiryol Xəstəxanası

Qeyd edilən xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı xəstəxanalara köçürülüb müalicələrini davam etdirə biləcəklər.

ƏvvəlkiHəftəsonu evdən çıxma qadağası ilə bağlı qərar qəbul edilməyib
NövbətiBakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına başlanılıb