Azərbaycanda koronavirusdan 191 nəfər sağalıb, 140 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 191 nəfər müalicə olunaraq sağalıb, 140 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 232 min 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 min 951 nəfər müalicə olunaraq sağalıb, 3185 nəfər vəfat edib. Aktiv xəstə sayı 2201 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 513 min 636 test aparılıb. Bugünkü test sayı isə 7631-dir.

ƏvvəlkiTAP İtaliyaya digər mənbələrdən qaz tədarükü həcmlərində dəyişikliklərə səbəb ola bilər – “Qazprom”
NövbətiGürcüstan parlamentində Azərbaycan Milli Məclisi ilə dostluq qrupu yaradılıb