Azərbaycanda koronavirus infeksiyasından daha 67 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 67 nəfər müalicə olunaraq sağalıb, 55 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.

Hazırkı dövrədək ölkəmizdə 335 min 795 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 26 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib. Aktiv xəstə sayı 803 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 722 min 499 test aparılıb. Bugünkü test sayı isə 8720-dir.

ƏvvəlkiPrezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb
NövbətiMayda Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artıb