Azərbaycanda koronavirus infeksiyasına daha 3646 yoluxma faktı qeydə alınıb, 1259 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3646 yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 98 min 927 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 65 min 734 nəfər müalicə olunaraq sağalıb, 1194 nəfər vəfat edib. Aktiv xəstə sayı 31999 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 631 min 597 test aparılıb. Bugünkü test sayı isə 14358-dir.

ƏvvəlkiMəhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi
NövbətiXəzər dənizində zəlzələ olub