Azərbaycanda gənc müəllim həkim səhlənkarlığının qurbanı oldu

Samux rayonunun Qiyaslı kənd orta məktəbinin fizika müəlliminin həkim səhlənkarlığı səbəbindən ölməsi iddiası araşdırılır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hazırda məsələ barədə araşdırma aparılır.
Qafqazinfo-nun məlumatına görə, tanışları İsmayılova Kifayət Asim qızının həkim səhlənkarlığı səbəbindən rəhmətə getdiyini iddia edib:
“Bağırsağı partlayıb. Üç gün yatırıb deyiblər ki, heç nəyi yoxdur, evə buraxılacaq. Sonra halı pisləşəndə bildirilib ki, Bakıya aparmaq lazımdır, onların da başı çıxmayıb. Savadsız həkimlərin ucbatından gül kimi qız getdi”.
ƏvvəlkiNaqif Həmzəyev: Ölkə Prezidentinin tövsiyələri Azərbaycanın parlaq gələcəyinə hesablanıb
Növbətiİlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub