Azərbaycanda daha 26 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 380 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 867 nəfər müalicə olunaraq sağalıb, 10 241 nəfər vəfat edib, aktiv xəstə sayı 272 nəfərdir.

Ölkədə son sutka ərzində 753, hazırkı dövrədək isə 7 590 257 test aparılıb.

Əvvəlkiİspaniyada iki təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub
NövbətiBolqarıstanda taekvondo üzrə Avropa çempionatında Azərbaycan idmançıları 6 medal qazanıblar