Bolqarıstanda taekvondo üzrə Avropa çempionatında Azərbaycan idmançıları 6 medal qazanıblar

Bolqarıstanın Sofiya şəhərində keçirilən taekvondo üzrə klublararası Avropa çempionatında Azərbaycan idmançıları 6 medal qazanıblar.

“Report”un məlumatına görə, Qaşım Maqomedov və Minayə Əkbərova (hər ikisi “Gilan” İK) qızıl, Səlimə Quliyeva (“Alpman” TK) gümüş, Nicat İsmayılzadə (“DGK” İSM), Yaşar Məmmədli və Taleh Süleymanov (hər ikisi “Gilan” İK) bürünc medala sahib olublar.

Ümumi komanda hesabında isə “Gilan” İK üçüncü yerə layiq görülüb.

ƏvvəlkiAzərbaycanda daha 26 nəfər COVID-19-a yoluxub
NövbətiBu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür