Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksin dozalarının sayı 10,5 milyona yaxınlaşır

Noyabrın 29-da Azərbaycanda 297 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 66, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, “buster” doza ilə peyvənd olunanların sayı isə 217 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 486 min 947, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 74 min 341, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 559 min 877 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 852 min 729 nəfər təşkil edir.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-1” telekanalına müsahibəsi
NövbətiSon sutkada Azərbaycanda koronavirus infeksiyasına 857 yoluxma faktı qeydə alınıb