Azərbaycanda bu günə qədər 13 milyon 892 min 610 doza vaksin vurulub

Oktyabrın 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində üç və daha çox doza vaksinlərin sayı 1-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 892 min 610, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 383 min 140, ikinci mərhələ üzrə 4 milyon 867 min 821, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 379 min 803, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 846-dır.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 26 yoluxma faktı qeydə alınıb
NövbətiSahibə Qafarova İndoneziyaya gedir