Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Astanada görüşəcəklər

Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü oktyabrın 14-də Astanada keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Emənistan XİN-in mətbuat xidmətindən bildirilib.

O qeyd edib ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Xatırladaq ki, Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramov sonuncu dəfə Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində üçtərəfli formatda görüşüblər.

ƏvvəlkiZaxarova Qırğızıstanın KTMT təlimlərindən imtina etməsinə münasibət bildirib
NövbətiQubada ictimai şuraların ictimai iştirakçılıqda rolu barədə dəyirmi masa keçirilib