Azərbaycanda koronavirus infeksiyasına daha 4356 yoluxma faktı qeydə alınıb, 2517 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4356 yoluxma faktı qeydə alınıb, 2517 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 146 min 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 88 min 497 nəfər müalicə olunaraq sağalıb, 1632 nəfər vəfat edib. Aktiv xəstə sayı 56 min 550 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 837 min 1 test aparılıb. Bugünkü test sayı isə 19197-dir.