Parisdə etiraz aksiyası zamanı 22 nəfər saxlanılıb

Fransanın paytaxtı Parisdə “Qlobal təhlükəsizlik haqqında” qanunun qəbul edilməsinə qarşı etiraz aksiyası zamanı 22 nəfər saxlanılıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə özünün “Twitter” səhifəsində Fransanın daxili işlər naziri Jerald Darmanen yazıb.

Nazir bildirib: “Bəzən son dərəcə aqressiv insanlara qarşı həyata keçirməli olduqları fəaliyyətə görə hüquq-mühafizə orqanları əməkdaşlarına təşəkkür edirəm. Parisdə keçirilən nümayişlər zamanı 22 nəfər saxlanılıb”.

ƏvvəlkiBakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
NövbətiAzərbaycanda koronavirus infeksiyasına daha 4356 yoluxma faktı qeydə alınıb, 2517 nəfər sağalıb