Avropada “Türk dünyası araşdırmaları – multidissiplinar perspektivlər” adlı VI Beynəlxalq Türkologiya Konqresi təşkil edilib

Polşa Respublikasının paytaxtı Varşava şəhərində “Türk dünyası araşdırmaları – multidissiplinar perspektivlər” adlı VI Beynəlxalq Türkologiya Konqresi təşkil edilib. Konqres çərçivəsində təşkil edilmiş çoxsaylı panellərdə Azərbaycandan olan alimlər də iştirak ediblər.
“Şuşa paneli”nin və onun tərkibində “Qafqazın konservatoriyası: Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı sərginin təşkili Gəncə Regional Qadın Mərkəzinin təşəbbüsü, Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib. Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadənin konqresdə iştirakı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Səfər Qrantı” çərçivəsində maliyyələşdirilib.
ƏvvəlkiMaliyyə Nazirliyi və ƏMDX “Azərbaycan Beynəlxalq Bankı”ndakı payını artırıb
NövbətiOmbudsman: “Ermənistan Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirir”