Avropa Liqası: “Qarabağ” və “Neftçi”nin “pley-off”da potensial rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasının “pley-off” mərhələsinin püşkatma mərasimi keçiriləcək.

“Report”un məlumatına görə, qruplara gedən yolun sonuncu mərhələsində Azərbaycanı iki klub təmsil edə bilər.

Bu, “Qarabağ” Kipr APOEL-ini keçə bilməyəcəyi, “Neftçi” isə İsrail “Bney Yehuda”sını üstələyəcəyi halda baş verəcək.

“Qarabağ” Çempionlar Yolunda daha yüksək reytinqlilərin yer aldığı səpələnmişlər səbətinə düşüb. Bu isə o deməkdir ki, rəqib səpələnməmişlər səbətindəki 5 cütlükdən birinin qalibi olacaq:

“Sutyeska” (Monteneqro) / “Linfild” (Şimali İrlandiya) cütünün qalibi

“Lüdoqorets” (Bolqarıstan) / TNS (Uels) cütünün qalibi

“Sarayevo” (Bosniya və Herseqovina) / BATE (Borisov, Belarus) cütünün qalibi

“Astana” (Qazaxıstan) / “Valletta” (Malta) cütünün qalibi

“Slovan” (Bratislava, Slovakiya) / “Dandolk” (İrlandiya) cütünün qalibi

“Neftçi” isə Liqa Yolunda “Bney Yehuda”nı üstələyəcəyi halda, səpələnmişlər səbətindəkilərdən biri ilə qarşılaşacaq:

“Antverpen (Belçika) / “Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi

“Bröndbü” (Danimarka) – “Braqa” (Portuqaliya) cütünün qalibi

“Vaduts” (Lixtenşteyn) – “Ayntraxt” (Frankfurt, Almaniya) cütünün qalibi

“Malmö” (İsveç) / “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi

“Partizan” (Serbiya) / “Malatyaspor” (Türkiyə) cütünün qalibi

İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:30-da başlanacaq.

Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar 22 avqustda, cavab görüşləri 29 avqustda keçiriləcək. İlk matçlar püşkatmadan sonra adları birinci göstərilmiş komandaların meydanlarında olacaq.

Əvvəlki“Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı layihə uğurla icra olunur – QHT
NövbətiQurban bayramı ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub