Avropa Kuboku: “Kür” klubu Mingəçevirdə ilk oyununa çıxacaq

Qadın həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda ilk oyununa çıxacaq.

“Report”un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, 1/32 finalda rəqib İtaliyanın “Jomi Salerno” kollektivi olacaq.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq ilk qarşılaşma saat 17:00-da start götürəcək.

Cavab görüşü sentyabrın 24-də eyni məkanda olacaq.

ƏvvəlkiAzərbaycana payız fəsli daxil olub
NövbətiƏməkdar mədəniyyət işçisi Əsəd Əsədov dünyasını dəyişib