Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub.

“Report” xəbər verir ki, Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçib.

Bununla da Şimal yarım kürəsində Payız, Cənub yarımkürəsində isə Yaz fəsli başlayıb.

Bu gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşür və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olur.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-ə qədər davam edəcək. Dekabrın 22-i saat 07:27-də qış fəsli payızı əvəz edəcək.

ƏvvəlkiOmbudsman Qarabağın erməniəsilli sakinlərinin hüquqlarının təmin olunmasından danışıb
NövbətiAvropa Kuboku: “Kür” klubu Mingəçevirdə ilk oyununa çıxacaq