Aprelin 8-də Azərbaycanda COVID-19 əleyhinə 176 doza vaksin vurulub

Aprelin 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 176 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 107, ikinci doza vaksinlərin sayı 19, üç və daha çox doza vaksinlərin sayı 44, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 6-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 957 min 314, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 408 min 824, ikinci mərhələ üzrə 4 milyon 880 min 193, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 273, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 24-dür.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 71 yoluxma faktı qeydə alınıb
NövbətiAzərbaycan Türkiyənin zəlzələ bölgəsində maqnitometrik istinad stansiyası quraşdırıb