Azərbaycan Türkiyənin zəlzələ bölgəsində maqnitometrik istinad stansiyası quraşdırıb

Azərbaycan Türkiyənin zəlzələ bölgəsində maqnitometrik istinad stansiyası quraşdırıb.

“Report” xəbər verir ki, Türkiyədə səfərdə olan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları zəlzələ bölgəsində tədqiqatlara başlayıblar.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərlik etdiyi mütəxəssislər qrupu ilk olaraq fevralın 6-da baş verən birinci zəlzələnin ərazisində – Qaziantep şəhərində Pazarcıq adlanan ərazidə, Adıyamanın Balkar kəndində (yer səthində 4 metr yerdəyişmə olub), Gölçübaşı kəndində(əyilən binaların yoxlanması) və Kahramanmaraşda tədqiqatlara başlayıblar.

Kahramanmaraşda mərkəz əməkdaşları tərəfindən bir ədəd maqnitometrik istinad stansiyası qurulub.

Bundan başqa, Pazarçık ərazisində yeni binaların inşa ediləcəyi yerlərdə profillər üzrə maqnitometrik, qravimetrik və mühəndisi seysmik tədqiqatlar aparılacaq ərazilər seçilib.

ƏvvəlkiAprelin 8-də Azərbaycanda COVID-19 əleyhinə 176 doza vaksin vurulub
NövbətiNaxçıvanda 5-ci “Kətə” festivalı başa çatıb