Aprelin 13-də Azərbaycanda COVID-19 əleyhinə 252 doza vaksin vurulub

Aprelin 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 252 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 75, ikinci doza vaksinlərin sayı 117, üç və daha çox doza vaksinlərin sayı 50, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 10-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 958 min 32, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 409 min 206, ikinci mərhələ üzrə 4 milyon 880 min 368, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 410, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 48-dir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 88 yoluxma faktı qeydə alınıb
NövbətiŞəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb