“Aprel Mesajı” sənədli filminin təqdimatı keçirildi

Noyabr ayının 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə “Aprel mesajı” mövzusunda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universiteti tələbələri arasında esse müsabiqəsinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanan “Aprel Mesajı” sənədli filminin təqdimat tədbiri keçirildi.

Təqdimat tədbiri Sumqayıt şəhərində yerləşən N.Nərimanov adına Mədəniyyət Mərkəzində təşkil olunmuşdu. Tədbiri Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri, “Aprel Mesajı” sənədli filminin senari müəllifi Gəray Əlibəyov açaraq bildirdi ki, filim 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən aparılan uğurlu hərbi əməliyatların Azərbaycan və Ermənstan cəmiyyətlərindəki əks sədasını və Azərbaycan ordusunun hərbi və psixoloji üstünlüyünü nümayiş etdirən kadırlarla zəngindir. Gəlin birlikdə filmə baxaq və sonra müzakirələrimizi davam etdirək. On beş dəqiqəlik filim, izləyicilərin böyük alqışı ilə qarşılandı. Sonra söz Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımova verildi. Fərman müəllim də öz növbəsində belə bir filmin araya ərsəyə gəlməsində xidməti olan hər kəsə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, həqiqətəndə aprel döyüşləri sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri düşməni məhf etməyə qadirdi və çox peşəkardı. Sonra söz “Aprel Mesajı” sənədli filminin eksperti, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevə verildi. Mehdi müəllimdə Azərbaycan Silahlı Qüvvələri qəhrəmanlığı ilə yanaşı o zaman Azərbaycan cəmiyyətinin hadisələrə yanaşması haqqında danışaraq bildirdi ki, həqiqətən aprel döyüşləri sübut etdi ki, xalqımız birinci Qarabağ savaşının məğlubiyyətlə yekunlaşması ilə barışmaq istəmir və elə ilk fürsətdəcə öz torpaqlarını işğaldan azad etmək əzmindədir. Növbəti çıxışçı Qarabağ qazisi, “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənovda bildirdi ki, aprel döyüşləri ermənilər üzərində qazanılan təkcə hərbi deyil, eyni zamanda mənəvi psixoloji qələbəmizdir. Bu filimə baxarkən çox açıq aydın görmək olur ki, aprel döyüşləri ərəfəsində və ondan sonrakı günlər Azərbacan cəmiyyətin əhval ruhiyyəsi nədi Ermənstan cəmiyyətinin əhval ruhiyyəsi nədir. Sonda Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin sədri Səidə Bahadur qızı çıxış edərək, “Aprel Mesajı” sənədli filminin araya ərsəyə gəlməsinə görə maliyyə təstəyi verən Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, təqdimat tədbirinin keçrilməsinə şərait yaratdığına görə Sumqayıt şəhər İcra Hakimiyyətinə, filmin yaradıcı heyətinə və izləyicilərə öz dərin təşəkkürünü bildirdi.

P.S. “Aprel Mesajı” sənədli filmi yaxın günlərdə “youtube” yüklənərək sosial şəbəkələrdə yayımlanacaqdır.

Əvvəlkiİcazəsiz balıq ovlayan şəxs saxlanılıb
NövbətiEnergetika nazirinin müavini vəzifəsindən azad edilib