Azərbaycan hərbçilərinin mühasirəyə düşməsi barədə məlumat yalandır

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycan Silahlı Qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır”.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq”, – məlumatda qeyd edilib.

ƏvvəlkiAzərbaycan-Özbəkistan hərbi-texniki əməkdaşlığı ilə bağlı saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub
NövbətiSəmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə çıxış edib