Şair Elşad Baratın şəhidlərimizə həsr olunmuş ÖLÜMSÜZLƏR kitabı yenidən nəşr olunacaq

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Media və Təhsil İnnovasiyaları Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Şəhidlər vurulduqda yox unudulduqda ölür!” layihəsinə start verilib.

Bu barədə saytımıza məlumat verən “Media və Təhsil İnnovasiyaları Mərkəzi” İctimai Birliyinin sədri, “Şəhidlər vurulduqda yox unudulduqda ölür!” layihəsinin rəhbəri Səidə Hüseynova bildirib ki, 44 günlük vətən müharbənin ən böyük qəhrəmanları heç şübhəsiz ki, canlarını vətən üçün fəda etmiş şəhidlərimizdir. Bu gün həm dövlət həm də cəmiyyət səviyyəsində şəhidlərimizə və onların yadigarlarına diqqət və qayğı ən yüksək səviyyədədir.

Hər kəs öz peşəsinə və dünya görüşünə uyğun olaraq şəhidlərimizə öz hörmət və ehtiramını ifadə edir. Belə şəxslərdən biridə dostumuz, uzun müddətdir əməkdaşlıq etdiyimiz gənc və istedadlı şair Elşad Baratdır. Onun 2021-ci ildə öz şəxsi vəsaiti hesabına işıq üzü görən şəhidlərimizə həsr olunmuş ÖLÜMSÜZLƏR kitabı geniş oxucu aditoriyasında özünərəğbət qazanmışdır. Nəşrin sayının az olması səbəbindən kitab heç haqqında şeir yazılmış şəhid ailələrinə belə çatmırdı. Bu səbəbdəndə qərara gəldik ki, Agentlik üçün də proritet istiqamətlərdən olan 44 günlük Vətən Müharibəsinin təbliğinə xidmət edən bu kitabı bizim layihə çərçivəsində yenidən nəşr olunması və hər kəs üçün əlçatan olması baxımından saytının yaradılması üçün layihə təkliflə çıxış edək. Bu gün çox şadıq ki, biz gənc və istedadlı şairimiz Elşad Baratın ÖLÜMSÜZLƏR kitabını yenidən nəşr etdirip şəhid yaxınlarına paylayacayıq və geniş oxucu aditoriyasınında həmin şeirlərlə tanış ola bilməsi üçün sayt hazırlanacaqdır.

ƏvvəlkiBəzi səhiyyə işçilərinin maaşına əlavə ödənişlərin məbləği artırılıb
NövbətiPolis Nəsimi rayonunda narkokuryerlərə qarşı əməliyyatlar keçirib, 9 nəfər saxlanılıb