İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Kür çayının Tovuz rayonu ərazisində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Araşdırma zamanı brakonyerin Tovuz rayon sakini Rövşən Salmanov olduğu müəyyən edilib, ondan ovladığı balıqlar, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq R.Salmanov barəsində 451 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

ƏvvəlkiAtəşkəs rejimi 28 dəfə pozulub
Növbəti“Aprel Mesajı” sənədli filminin təqdimatı keçirildi