“Ali təhsil haqqında” yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır

Milli Məclisin yaz sessiyasında “Ali təhsil haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

Türk.az-ın xəbərinə görə, sənəd Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planına daxil edilib.

Qeyd edək ki, Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planına “Daxili Qoşunlar haqqında”, “Lombardlar haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və s. qanun layihələri də daxil olunub.

ƏvvəlkiParlamentin yaz sessiyasının qanunvericilik işlər planı müəyyənləşdi
NövbətiQazaxıstan ÜTT konfransını ləğv etdi