Ağdam və Laçının təhvil verilməsi vaxtı dekabrın 1-dəkdir – Hikmət Hacıyev

“Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilər təhvil verilir. Ağdamın 20 noyabr, Laçının isə təhvil verilməsi üçün nəzərdə tutulan vaxt dekabrın 1-dək olduğu kimi saxlanılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Ermənistan Kəlbəcərin tam boşaldılması üçün 25 noyabra qədər vaxt istəyib və Kəlbəcərin relyefi, yolun dar olması nəzərə alınaraq bu ayın 25-ə qədər vaxt verilib.

ƏvvəlkiABŞ İrana qarşı sanksiyaları sərtləşdirəcək
NövbətiErmənistanın sabiq MTX rəhbəri sərbəst buraxılıb