ABŞ səfiri Çin Xarici İşlər Nazirliyinə çağırılıb

Çin Xarici İşlər Nazirliyi ABŞ səfirini çağırıb.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, Çinin xarici işlər nazirinin müavini Xie Fen ABŞ-ın bu ölkədəki səfiri Nikolas Börnsə etiraz məktubu təqdim edib.

Buna səbəb Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəridir.

“Bu hərəkətlər son dərəcə pis xarakter daşıyırdı, nəticələri çox ağır olacaq. Çin heç bir halda biganə qalmayacaq”, – nazir müavini deyib.

ƏvvəlkiÇin ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib
NövbətiAzərbaycan Kinosu Günü ilə bağlı “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olan filmlər nümayiş edilib