Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Albania Open” beynəlxalq turnirində Azərbaycan taekvondoçuları uğurla çıxış edərək 4 medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda gənclər arasında mübarizə aparan Novruz Əliyev (55 kiloqram) turnirin gümüş medalına sahib olub.

Böyüklərdən ibarət milli komandamızın üzvləri isə yarışı 3 bürünc mükafatla başa vurublar. Belə ki, Minayə Əkbərova (46 kiloqram), Fuad Məhərləmli (63 kiloqram) və Cavad Ağayev (74 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

ƏvvəlkiAzərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb
NövbətiV Şəki Beynəlxalq Teatr Festivalı keçirilir