Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb

Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən Lapua Avropa Kubokunda qızıl medal qazanıb.

Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançı 25 metr məsafəyə atəşaçma yarışında bütün rəqiblərini qabaqlayıb.

Təsnifat mərhələsində 583 xal toplayan Lunyov birinci yeri tutub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

ƏvvəlkiÇexiyalı tennisçi “Uimbldon” turnirinin qalibi olub
NövbətiFransada 2026-cı ilin birinci yarısında şirkət müflisləşmələri rekord həddə çatıb