Mozambikdə vəbadan 32 nəfər ölüb

Mozambikdə 2025-ci ilin sentyabr ayından başlayan epidemiyadan bəri 2 650 vəbaya yoluxma halı qeydə alınıb, bunlardan 32-si ölümlə nəticələnib.

“Report” xəbər verir ki, bunu “Lusa” agentliyi ölkənin Səhiyyə Nazirliyinin rəsmi məlumatlarına istinadən bildirib.

Nazirliyin məlumatına görə, epidemiyadan ən çox zərər çəkən əyalətlərdən olan Nampulada 17 ölüm və 1 314 yoluxma qeydə alınıb. Tetedə 13 ölüm və 932 yoluxma, Kabu-Delqaduda isə 2 ölüm və 404 yoluxma faktı olub.

Qeyd edək ki, Mozambikdə əvvəlki vəba epidemiyası (2024-cü ilin oktyabr – 2025-ci ilin iyul ayları) 64 nəfərin ölümünə səbəb olub, 4 420 nəfər xəstəliyə yoluxub.

Ölkənin səhiyyə naziri Usseni İssenin sözlərinə görə, vəba ilə mübarizə üçün hakimiyyət xaricdən 3,5 milyon doza vaksin alıb. Dövri vəba epidemiyaları problemini 2030-cu ilə qədər həll etmək planlaşdılır.

ƏvvəlkiAzərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb
NövbətiQaziantepdə zəlzələ olub