Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 648 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 648 yoluxma faktı qeydə alınıb, 1365 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə, ümumilikdə, 612 min 205 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 min 155 nəfər müalicə olunaraq sağalıb, 8 min 238 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 812 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 891, bu günə qədər isə ümumilikdə 5 milyon 777 min 429 test icra olunub.

ƏvvəlkiBişkekdə türk dövlətlərinin elmi simpoziumu keçirilib
NövbətiBu gün COVID-19 əleyhinə 28 min dozadan çox peyvənd vurulub