Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 755 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 755 yoluxma faktı qeydə alınıb, 1671 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 608 min 815 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 583 min 914 nəfər müalicə olunaraq sağalıb, 8 min 167 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 min 734 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 804, bu günə qədər isə ümumilikdə 5 milyon 729 min 433 test icra olunub.

ƏvvəlkiAzərbaycanda COVID-19-a qarşı 11 milyon 17 min 859 doza peyvənd vurulub
NövbətiBaş nazir Əli Əsədov Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernləşdirmə və yenidənqurma işləri ilə tanış olub