Bakıda yük avtomobili aşıb

Bakıda yük avtomobili qəzaya düşüb.

“Report”un xəbərinə görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, “QAZel” markalı yük avtomobili hərəkətdə olarkən digər nəqliyyat vasitəsinə çırpılıb və nəticədə idarəetmədən çıxaraq aşıb.

Qəza yolun hərəkət zolağının bağlanmasına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiAzərbaycanda COVID-19 əleyhinə iki doza peyvənd vurduranların sayı 4 milyon 480 min 735 nəfərdir
NövbətiYol polisi sürücülərə xəbərdarlıq edib