Bakıda yük avtomobili aşıb, toyuqlar asfalta tökülüb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, diri toyuq daşıyan yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə içərisində toyuqların olduğu yeşiklər asfalta tökülüb.

Hadisə nəticəsində yük avtomobilinin sürücüsü ağır xəsarət alıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yük avtomobili aşdığından Moskva prospektindən Biləcəri dairəsi istiqamətdə gedən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiAzərbaycan neftinin bir barreli 68,18 dollara satılır
NövbətiJurnalistlər Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar