“KamAZ” minik maşınını əzdi, sürücünün meyiti çətinliklə çıxarıldı

Ağcabədidə minik və yük avtomobilləri toqquşub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qaravəlli kəndində “Mercedes” markalı minik avtomobili və “КамАZ” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 43 yaşlı Qardaşxanov Rövşən İsa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

ƏvvəlkiBNA: “Sədərək”dəki yanğın 10 marşrutun hərəkətinə mane oldu
NövbətiPensiyaçıların kartından pul oğurlandı