Ötən gün ölkə ərazisində 105 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.

DİN-dən “Report”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətinaçılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

ƏvvəlkiƏrdoğan və Mey Suriyadakı son vəziyyəti müzakirə ediblər
NövbətiGöygöldə toyda dava olub, xəsarət alanlar var