Göygöldə toyda dava olub, xəsarət alanlar var

Göygöl rayonunda toy mərasiminə gələn qonaqlar arasında əlbəyaxa dava düşüb.

“Report”un Qərb bürosunun məlumatına görə, rayon ərazisində keçirilən toy mərasimlərinin birində qonaq olan Daşkəsən rayon sakinləri, 1978-ci il təvəllüdlü Zülfəli Qələndər oğlu Məmmədov, onun qardaşı, 1976-cı il təvəllüdlü Fazil Qələndər oğlu Məmmədov və 33 yaşlı daha bir şəxs kütləvi dava zamanı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlardan Z.Məmmədovun vəziyyətinin orta-ağır, digər iki şəxsin isə qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır .

ƏvvəlkiÖtən gün ölkə ərazisində 105 cinayət faktı qeydə alınıb
NövbətiTokioda avtomatlaşdırılmış idarəetmə sisteminə malik taksilər yoxlama qaydasında işə başlayıb