Ərdoğan və Mey Suriyadakı son vəziyyəti müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Britaniya baş nazirinin dəftərxanası məlumat yayıb.

Bildirilir ki, tərəflər söhbət zamanı Suriyada hərbi əməliyyatların gərginləşməsindən və “kimyəvi silahdan qanunsuz istifadənin potensial mümkünlüyü”ndən narahatlıqlarını ifadə ediblər.

Mey və Ərdoğan həmçinin regionda stabilliyin bərqərar olması, dinc sakinlərin qorunması və humanitar vəziyyətin dərinləşməsinə yol verməməyin vacibliyini vurğulayıblar.

ƏvvəlkiÖzbəkistanın “Dunyo Boylab” telekanalında Azərbaycana dair veriliş nümayiş olunub
NövbətiÖtən gün ölkə ərazisində 105 cinayət faktı qeydə alınıb