Azərbaycanda koronavirusdan 437 nəfər sağalıb, 209 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 437 nəfər müalicə olunaraq sağalıb, 209 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 229 min 793 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 222 min 154 nəfər müalicə olunaraq sağalıb, 3113 nəfər vəfat edib. Aktiv xəstə sayı 4526 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 387 min 134 test aparılıb. Bugünkü test sayı isə 7060-dır.

ƏvvəlkiPrezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
NövbətiBakıda 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsi baş verib