Bakıda 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsi baş verib

Yanvarın 28-də saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a verilən məlumata görə, dərhal əraziyə nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb. İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib.

ƏvvəlkiAzərbaycanda koronavirusdan 437 nəfər sağalıb, 209 yeni yoluxma faktı qeydə alınıb
NövbətiMüdafiə Nazirliyi Füzuli rayonunun Cuvarlı kəndinin videogörüntülərini paylaşıb