Ermənistan 50 milyard dollardan çox təzminat ödəyəcək – Sabiq baş prokuror

Ermənistan üçtərəfli bəyanatı imzalamaqla təkcə ərazi itirmədi, həm də üzərinə 50 milyard dollardan çox təzminat ödəmək öhdəliyi qoyuldu.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın sabiq baş prokuroru Gevork Kostanyanın bəyanatında deyilir.

O bildirib ki, bu təzminatı gələcək nəsillər də ödəməli olacaq:

“Əgər biz vaxtında hüquqi cavab verə bilməsək, Nikol Paşinyanın imzaladığı biabırçı sənəd bizim üçün və gələcək nəsillərimiz üçün ciddi maliyyə problemlərinə gətirib çıxaracaq”.

Əvvəlki“Azərbaycan Dəmir Yollarının 140 illiyi” medalı təsis edilib
NövbətiErmənilər mənə minlərlə təhdid mesajı göndərib – Fransalı deputat