“Azərbaycan Dəmir Yollarının 140 illiyi” medalı təsis edilib

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun imzalayıb.

AZƏRTAC xəbər verir ki, Qanuna əsasən, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və yubiley medalının təsviri təsdiq edilib.

Əsasnaməyə görə, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcək. Təltif edən orqan isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətidir.

ƏvvəlkiDövlət Xidmətinin 10 illiyi ilə bağlı yubiley medalı təsis edilir
NövbətiErmənistan 50 milyard dollardan çox təzminat ödəyəcək – Sabiq baş prokuror