Ermənilər mənə minlərlə təhdid mesajı göndərib – Fransalı deputat

Azərbaycanın mövqeyini müdafiə etdiyinə görə fransalı deputat ermənilərdən minlərlə təhdid mesajı alıb.

Trend-in məlumatına görə, Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Milli Məclisdə görüş zamanı cəbhədə döyüşlər gedən günlərdə Azərbaycan həqiqətlərini dünyada yaymaq istiqamətində və Fransadakı erməni diasporuna qarşı apardıqları informasiya, eləcə də təbliğat xarakterli işlər barədə danışıb.

O, mətbuatda və sosial mediada yaydığı bir sıra məqalələrlə bağlı ermənilərdən 20 mindən çox mənfi reaksiya, hətta təhdid dolu mesajlar aldığını bildirib.

ƏvvəlkiErmənistan 50 milyard dollardan çox təzminat ödəyəcək – Sabiq baş prokuror
NövbətiCeyhun Bayramov G-77 təşkilatının nazirlər iclasında iştirak edib