ABŞ Mətbuatı Rusiyanın dəhşətli silahından yazdı

Rusiyanın yeni havadan müdafiə sistemi S-500-ün bənzəri yoxdur.

Türk.az xəbər verir ki, bu barədə ABŞ-ın “Nəşnl İnterest” nəşri məlumat yayıb. Məqalədə bildirilib ki, Rusiya yeni sistemi imkansız görünən məsafələrdə sınaqdan keçirib. Belə ki, S-500-ün təxminən 481 km məsafədəki hədəfi uğurla vurduğu deyilir.

Mütəxəssislər bu rəqəmin digər sistemlərin atış məsafəsindən təxminən 80 km çox olduğunu bildirirlər.

Eyni zamanda deyilir ki, S-500 potensial təhlükənin səviyyəsi, yeri, dərəcəsi ilə bağlı müxtəlif raketlər istifadə etmək qabiliyyətinə malikdir.

ƏvvəlkiBakıda ötüşən avtobus sürətlə dayanacağa çırpıldı: ölən və yaralanan var
NövbətiAtəşkəs 89 dəfə pozulub